"Sumqayıt" "Akhisarspor"la heç-heçə etdi - VİDEO

11:36 2 Avqust 2019

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” sonuncu - 5-ci yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Akhisarspor” klubu ilə qarşılaşıb. Oyunda hesab açılmayıb."Sumqayıt" daha öncə "Petrolul" (Rumıniya - 2:2) və "Gənclərbirliyi" (Türkiyə - 1:1) ilə bərabərə qalmışdı. "Göyərçinlər" “Ahal”a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbakırspor"a (Türkiyə - 0:1) isə uduzmuşdu.

 

"Sumqayıt" – "Akhisarspor" - 0:0

 

 


Xəbər xətti