“Arsenal” tarixinin ən bahalı transferini həyata keçirdi

12:15 2 Avqust 2019

İngiltərənin “Arsenal” futbol klubu tarixində ən bahalı transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, onlar bu dəfə Fransanın “Lill” futbol klubunun hücumçusu Nikol Peleni alıblar. “Transfermarkt”ın məlumatına görə, 24 yaşlı futbolçunun transferinin məbləği 80 milyon avro təşkil edib. “Pepe – Avropanın bir çox top-klublarının almaq istədiyi güclü və istedadlı hücumçudur”, - deyə “Arsenal”ın baş məşqçisi Unai Emeri bildirib.

 

Qeyd edək ki, “Arsenal”ın bundan əvvəlki ən bahalı transferinin məbləği 62,55 milyon avro təşkil etmişdi. Onlar Almaniyanın “Borussiya” futbol klubunun forvardı Pyer-Emerik Obameyanqı almışdı.  


Xəbər xətti