“Qrupa düşmək üçün gücümüz var” - "Qarabağ"ın yeni transferi

Sportarena.az      2 Avqust 2018, 13:29

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" - "Dandolk"u 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

 

Sportarena.az xəbər verir ki, oyunda dubl edən "Qarabağ"ın yeni transferi Xayme Romero "Qafqazinfo"ya açıqlama verərək qələbəni şərh edib:

 

“Demək olar ki, üstünlük bütün oyunboyu bizdə oldu. Layiqli qələbə qazandıq. Matçın müəyyən vaxtlarında epizodlar oldu, amma top qapıya girmək istəmirdi. Sona yaxın nəhayət ki, qollar vurduq”. 

 

İspan futbolçu növbəti mərhələdəki rəqibləri APOEL-lə bağlı da danışıb: “Komandamız yaxşıdır, rəqib güclüdür. Amma biz mərhələyə keçə bilərik”. 

 

Yarımmüdafiəçi qrup mərhələsinə düşəcəklərinə inandığını bildirib: “Qrup mərhələsinə düşəcəyimizə inanırıq. Bunun üçün gücümüz var”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin