Polşalı modelin Mahir sevgisi - FOTOLAR

19:11 2 Avqust 2019

Ötən günlərdə bir çox xarici mediada haqqında xəbərlər çıxan "Qarabağ” futbol klubunun oyunçusu Mahir Emreli bu dəfə məşhur model Edita Zayaçın maraq dairəsindədir.

 

Sportarena.az xəbər verir ki,31 yaşlı polşalı model "Instagram"da Mahiri izləyir. Emreli də ona qarşılıq verərək, Editanı "follow” edir. Editanın Mahirə marağı isə əbəs yerə deyil.

 

Belə ki, 2001-ci ildən modelliklə məşğul olan Zayaç dünyanın bir çox brendləri ilə çalışıb. Bunun sayəsində məşhurlaşan model 2012-ci ildə polşalı futbolçu Yakub Jezniçakla tanış olub. Onlar 2016-cı ildə evləniblər. Lakin cütlüyün evlilik münasibəti uzun çəkməyib. Edita və Yakub bir neçə ay öncə boşanıblar. Jezniçak ayrılandan sonra  Polşada "Candy Girl” kimi tanınan Barbara Hetmanska ilə sevgilidir.

 

Hazırda "Wisla Plock” klubunda oynayan Yakub 2017-2019-cu illərdə "Qarabağ”ın heyətində çıxış edib.

 

Maraqlı məqam odur ki, Edita və Yakub boşansa da, model hələ də "Instagram"da Jezniçak soyadını daşıyır.

 

Subay modelin Mahir Emreliyə maraq göstərməsi isə diqqətdən yayınmır. O, 22 yaşlı futbolçumuzun fotolarını "like”sız qoymur. Həmçinin, millimizin oyunçusu da onun seksual pozlarına biganə yanaşmır.(Axşam.az)



Xəbər xətti