APOEL-dən sərt addım: Azərbaycana qadağa qoyuldu!

16:42 3 Avqust 2019

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubu "facebook"da Azərbaycanı "qara siyahı"ya salıb.
 
 

Sportarena.az xəbər verir ki, son günlər azərbaycanlı azarkeşlər Nikosiya klubunun rəsmi səhifəsinə hücum ediblər. Azarkeşlər APOEL-i və kiprli azarkeşləri ən ağır şəkildə təhqir edib, bayağı rəylər yazıb.Başqa əlac görməyən APOEL-in media xidməti rəsmi səhifəyə Azərbaycandan girişə qadağa qoyub.

 

Ötən illlərdə də bir qrup barbar azarkeş rəqib klubların səhifələrinə söyüşlər və lazımsız rəylər yazaraq, Azərbaycanın, "Qarabağ" klubunun imicinə ciddi zərbə vururdu.Azərbaycanlılar Şotlandiyanın "Seltik” klubunu təhqir etdiyi üçün "qara siyahı”ya salınmışdı. Qlazqo təmsilçisi bu yaxınlarda Azərbaycana olan qadağanı qaldırıb.Çexiyanın "Viktoriya" klubu isə hələ də Azərbaycanı "blok"da saxlamağı lazım bilir.

 

UEFA Avropa Liqasının rəsmi səhifəsinə də 2 il Azərbaycandan giriş mümkün olmamışdı. UEFA 2016-cı ilin iyul ayında bu məhdudiyyəti aradan qaldırmışdı.


Digər xəbərlər

Xəbər xətti