Ramil Şeydayev oynadı, "Dinamo" "Zenit"ə uduzdu

Sportarena.az      11 Avqust 2018, 14:28

Rusiya Premyer Liqasının V turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, bu turda futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su öz meydanında "Zenit"i qəbul edib.

 

Moskvanın "VTB Arena" stadionunda keçirilən görüş 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda qolları Artyom Dzüba (10-cu dəqiqə) və Maqomed Ozdoyev (88) vurub.Ramil Şeydayev 90 dəqiqə meydanda olub.

 

Bu oyundan sonra "Zenit" xallarının sayını 13-ə çatdırıb və çempionatda liderliyini davam etdirir. "Dinamo" 5 xal ilə 11-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin