Güləşçilərimiz daha 5 medal qazandı - FOTO

Sportarena.az      11 Avqust 2018, 19:19

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri başa çatıb.

 

Azərbaycan Güləş Federasiyasından Sportarena.az –a verilən məlumata görə, son yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşində medalçılar müəyyənləşib. Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyevlə (82 kq) Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.

 

Beləliklə, güləşçilərimiz "Qran-pri"də ümumilikdə 13 medal qazanıb. Bunladan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin