Futbol azarkeşi Neymarı məhkəməyə verdi

19:31 11 Avqust 2019

Fransanın “Renn” futbol klubunun fanatı PSJ hücumçusu Neymardan məhkəməyə şikayət edib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Sen-Deni stadionunda “PSJ” və “Renn” komandaları arasında keçirilən matç zamanı futbol azarkeşi ilə Neymar arasında baş verən münaqişə olub. Nəticədə futbolçu opponentinin üzünə sillə vurub.Həmin hadisədən sonra Neymarın növbəti üç matçdan diskvalifikasiya olunduğu qeyd edilir. 

 

Xatırladaq ki, bir müddət əvvəl Neymar braziliyalı model Najila Trindadi tərəfindən məhkəməyə verilmişdi. Sonuncu futbolçunu onu zorlamaqda ittiham edirdi. Məhkəmə iddianın sübutu üçün fakt yetməzliyini əsas gətirərək işə xitam vermişdi.


Xəbər xətti