Ronaldo özü ilə Messi arasında olan fərqi izah etdi

Sportarena.az      13 Avqust 2018, 19:29

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo özü ilə “Barselona”nın kapitanı Lionel Messi arasında olan fərqi izah edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “DAZN” yazıb.Portuqaliyalının sözlərinə görə, argentinalıdan fərqi olaraq, o, müxtəlif klublarda oynayıb.

 

“Mən müxtəlif klublarda oynamışam. Çempionlar Liqasında müxtəlif komandalarla qalib gəlmişəm. Altı dəfə ard-arda turnirin ən yaxşı bombardiri olmuşam. Hamı Çempionlar Liqasında beş qələbəsi ilə öyünə bilməz”, - futbolçu danışıb.

 

O, həmçinin, Messinin nailiyyətlərini də qeyd edib.“Leo - əla futbolçudur. Onu təkcə beş “Qızıl top” sahibi kimi yox, həm də mənim kimi yüksək dərəcəli peşəkar kimi xatırlayacaqlar”, - Ronaldo əlavə edib.

 

Qeyd edək ki, K. Ronaldo dörd dəfə “Real Madrid”in və bir dəfə “Mançester Yunayted”in oyunçusu kimi Çempionlar Liqasında qalib olub. Messi isə (“Barselona”) dörd dəfə sözügedən turnirdə qalib olub. Hər iki futbolçu beş dəfə “Qızıl top” qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin