Emil Balayev yenidən rəmzi komandada

22:34 13 Avqust 2019

Qazaxıstan Premyer Liqasında XXII turun rəmzi komandası açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin "Tobol”da oynayan qapıçısı Emil Balayev yenidən ən yaxşı "11-liy"ə düşüb. Onunla yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də rəmzi komandada yer alıb.

 

Qeyd edək ki, "Tobol" son turda "İrtış"la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Emil bu oyunda 90 dəqiqə meydanda olub. "Tobol" hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.



Xəbər xətti