“Qarabağ” hər oyunu yaxşı keçirmək məcburiyyətində deyil” - MÜSAHİBƏ

13:28 14 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubuna 0:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran "Qarabağ"ın yarımmüdafiəçisi Miçel jurnalistlərin suallarını cavablandırıb.


 
Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçu öncə oyunla bağlı danışıb:

 

- “Qarabağ” bu gün niyə uduzu?

- Futboldur, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdır.

 

- Nəticə gözlənilməz oldu?

- APOEL-in qələbəsi niyə gözlənilməz olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi.

 

- Komandada arxayınlıq var idi?

- Oyuna köklənmişdik. Alınmadı, nə edək?

 

- “Qarabağ” baxımlı futbol oynayan komandadır. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?

- Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.

 

- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?

- Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.

 

- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.

- Sizi alqışlamaq lazımdır ki, öncədən hər şeyi görürsünüz. Təkrar edirəm ki, bizdə alınmadı.


Xəbər xətti