Avropanın ən güclüsü “Liverpul”! - FOTOLAR + VİDEO

10:13 15 Avqust 2019

UEFA Superkubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb.Tarixdə ilk dəfə olaraq finalı qadın hakim idarə edib. Stefani Frapparın yüksək səviyyədə idarə etdiyi matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb.

 

Əlavə hissələrdə də komandalar hərəyə bir dəfə fərqlənib - 2:2. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" Superkuboku başı üzərinə qaldırıb.

 

 

UEFA Superkuboku

23:00. “Çelsi”  – “Liverpul” - 2:2 (4:5 penaltilər)

Qol: Jiru, 36, Jorjinyo, 100 (pen) - Sadio Mane, 48, 95

Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu

 

 



Xəbər xətti