“Barselona”dan “PSJ”yə yeni təklif - Neymara görə

11:33 15 Avqust 2019

“Pari Sen-Jermen” hücumçusu Neymarın transferi ilə bağlı “Barselona”dan yeni təklif alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Le10sport.com” saytı yazıb.Mənbə bildirir ki, Kataloniya klubu braziliyalıya görə 30-40 milyon avro ödəməyə, eləcə də həmin anlaşmaya yarımmüdafiçilər Filippe Koutinyo və İvan Rakitiçi daxil etməyə hazırdır. “Barselona”da təklifi 200 milyon avro məbləğində dəyərləndiriblər.

 

Qeyd edilir ki, yaxın iki gün ərzində “PSJ” kataloniyalıların sorğusuna cavab verəcək.  


Digər xəbərlər

Xəbər xətti