Kiyev “Dinamo”sunda yeni baş məşqçi

12:17 15 Avqust 2019

Kiyev "Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunu Aleksey Mixayliçenko çalışdıracaq. 56 yaşlı mütəxəssis 2011-ci ildən bu klubda idman direktoru vəzifəsində çalışırdı. Onun təyinatı bu gün açıqlanacaq. 

 

Mixayliçenko baş məşqçi postunda Çempionlar Liqasında uğursuz çıxışdan sonra istefaya göndərilən Aleksandr Xatskeviçi əvəzləyəcək. 


Xəbər xətti