Zinəddin Zidan "Real"ı tərk edir?

21:20 15 Avqust 2019

Zinəddin Zidan "Real"ı tərk edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "The Independent” nəşri məlumat yayıb. İddiaya görə, buna "Real" rəhbərliyinin "Mançester Yunayted”dən Paul Poqbanı transfer etmək istəməməsi ola bilər. Klub prezidenti Florentino Peresin Fransa yığmasının yarımmüdafiəçisini almaq istəməməsindən sonra onunla Zidanın münasibəti pozulub.

 

Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə "Real Madrid”in baş məşqçisi kimi ardıcıl 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, UEFA Super Kubokunun, La Liqa və İspaniya Super Kubokunun qalibi olandan sonra öz istəyi ilə klubdan ayrılıb. O, bu ilin mayında yenidən baş məşqçi təyin olunub.


Digər xəbərlər

Xəbər xətti