Meydana daxil olan şəxs həbs olundu - VİDEO

21:59 15 Avqust 2019

Xəbər verdiyimiz kimi, İstanbulda “Çelsi” və “Liverpul” komandaları arasında keçirilən Superkubok matçında meydana azarkeş daxil olub. Oyunun 14-cü dəqiqəsində meydana girən, 4,5 milyon izləyicisi olan Abdü adlı yutuber dərhal təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən oradan uzaqlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, o, daha sonra polis tərəfindən həbs edilib. Bundan başqa Furkan Yaman, Emre Durmuş adlı şəxslər də saxlanılıb.

 

Qeyd edək ki, Abdünün meydana çıxdığı anın görüntülərini sosial şəbəkədə məşhur səyahət bloqqeri Emre Durmuş paylaşmışdı. Həmin görüntüləri təqdim edirik:  

 

 


Xəbər xətti