“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı məlum oldu

17:13 16 Avqust 2019

Ağdamın "Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin "Linfild”lə oyununun başlama saatı dəqiqləşib. Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. "Qarabağ” səfər oyununa Belfastda "Vindsor Park”da çıxacaq. 

 

Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 


Digər xəbərlər

Xəbər xətti