"Barselona" Koutinyonu icarəyə verdi

09:19 17 Avqust 2019

“Barselona” Filipe Koutinyonu icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, kataloniyalılar braziliyalı yarımmüdafiəçini Münhen “Bayern”inə bir ilik icarəyə verib.“Marca”nın məlumatına görə, “Bayern” 15-20 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə 120 milyon avroluq satın alma şərti əlavə edilib.
 

“Barselona” 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında “Liverpul”dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.


Xəbər xətti