Fransa klubunun baş məşqçisi: "Qarabağ"ın futbolçusunu istəyirik"

10:36 17 Avqust 2019

“Genqam”ın baş məşqçisi Patris Leyr “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirlə maraqlandıqlarını təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis fransız futbolçunu öz komandasında görmək istədiyini bildirsə də, hələlik dəqiqləşən bir şey olmadığını söyləyib:
 

“Ümid edirəm ki, yaxın günlərdə yaxşı xəbərlər alacağıq. Bir neçə futbolçu var ki, onların yolunu gözləyirəm. Abdullah Zubir və El Haci Ba da maraq dairəmizdə olan futbolçulardandır. Amma indiki məqamda konkret nəsə yoxdur”.
 

Dünən Fransa mətbuatında “Genqam” klubunun rəsmilərinin Zubirin transferi ilə Bakıya gələcəkləri və “Qarabağ” rəhbərliyi ilə görüşəcəyi barədə xəbərlər yayılıb.


Digər xəbərlər

Xəbər xətti