"Qəbələ" - "Sumqayıt": 30-cu duel

Sportarena.az      17 Avqust 2018, 11:58

Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk turu çərçivəsində daha bir oyun keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.Maraqlıdı ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda “Qəbələ” qələbə qazanıb.

 

Ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan qəbələlilər 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən meydan sahibləri Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendidi – o, rəqib qapısına 7 qol vurub.

 

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Top fərqi – 47:21.

 

15-ci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan komanda 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədi – 26:7.a

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin