“Qalatasaray” fransalı futbolçunu transfer etdi

12:20 17 Avqust 2019

İstanbulun "Qalatasaray" komandası "Roma" futbol klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.

 

Sportarena.az xəbər verir ki, futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. Futbol klubu mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

 

Qeyd edək ki, S.Nzonzi ötən mövsüm “Roma”da keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti