“Səbail” yeni mövsümə qələbə ilə başladı

08:00 19 Avqust 2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, Bayıldakı “ASCO Arena”da baş tutan matçda "Səbail" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.Yeganə qolun müəllifi Yevgeni Koçuk olub. O, 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərinə qələbə qazandırıb.


Xəbər xətti