Qaret Beyl “Real”da qalacaq

10:32 19 Avqust 2019

İspaniya La Liqasının I turunda səfərdə "Selta"nı 3:1 hesabı ilə məğlub edən "Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin klubdakı gələcəyinə aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis Uels millisinin üzvünün Madrid təmsilçisində qalacağını bildirib:"Beyl "Real"da qalacaq."Selta"ya qarşı yaxşı oynadı. Matçdan öncə də danışdıq. Hazırda yeni mövsüm barədə fikirləşir".

 

47 yaşlı mütəxəssis Xames Rodriqeslə bağlı verilən eyni sualı cavabsız qoymayıb:"Beyl və Xames hər kəs kimi, bu forma üçün sona qədər mübarizə aparacaq".


Xəbər xətti