Hondurasda futbol matçında dava - 4 nəfər öldü

11:22 19 Avqust 2019

Hondurasda “Olimpiya” – “Motaqua”matçından öncə xoşagəlməz hallar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Olimpiya” klubunun azarkeşləri qarşılaşmadan öncə daşlarla rəqib komandanın avtobusuna hücum ediblər. Nəticədə “Motaqua”nın 3 futbolçusu ağır yaralanıb.Bu səbəbdən qarşılaşma təxirə salınıb. Lakin stadiona toplaşan azarkeşlər matçın oynanılmamasına baxmayaraq bir-birlərinə hücumlara davam ediblər. Nəticədə 4 nəfər həyatını itirib. 10 nəfər isə ağır yaralanıb. 

 

Polis gözyaşardıcı qazlarla aranı sakitləşdirə bildi. 



Xəbər xətti