Milli komandamız Sloveniyaya qalib gəldi

Sportarena.az      19 Avqust 2018, 12:39

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. 

 

Sportarena.az xəbər verir ki, Sloveniyada Avropa çempionatına hazırlaşan komandamız yerli yığma ilə üz-üzə gəlib. 

 

Görüş Covanni Kapraranın yetirmələrinin qələbəsi ilə başa çatıb. Millimiz rəqibini 3:0 (25:22, 25:19, 25:20) hesabı ilə məğlub edib. Daha bir sınaq matçı keçirməyi planlaşdıran voleybolçularımız avqustun 21-də Avropa çempionatı üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaqlar. 

 

Qeyd edək ki, italiyalı Covanni Kapraranın baş məşqçisi olduğu Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin