Millimizin baş məşqçisi müəyyənləşdi

Sportarena.az      19 Avqust 2018, 17:14

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N. Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

 

Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin