Cəfərquliyevin ilk, Hüseynovun 300-cü oyunu

Sportarena.az      19 Avqust 2018, 19:37

Premyer Liqanın ilk turunda keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşması (0:2) qonaqların bəzi futbolçuları üçün əlamətdar olub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, gənc futbolçu Elvin Cəfərquliyev Premyer Liqada debüt oyununa çıxıb. 2000-ci il təvəllüdlü futbolçu 67 dəqiqə meydanda olub.


Bundan başqa, qeyd edilən qarşılaşma kapitan Vurğun Hüseynovun Azərbaycan Premyer Liqasında keçirdiyi 300-cü oyun olub. 2005/06 mövsümündə ilk oyununu “Turan”ın heyətində keçirən Hüseynov həmin klubda meydana çıxdığı 82 qarşılaşmada 3 dəfə rəqib torlarını silkələyib. Vurğun daha sonra çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. 2013/14 mövsümündən isə "Sumqayıt"ın uğurları üçün çalışan kapitan keçirdiyi 153 qarşılaşmada 1 qol vurub.

 

Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin