“Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

Sportarena.az      19 Avqust 2018, 19:48

"Sabah" yeni mövsüm üçün nəzərdə tutulan formalarını təqdim edib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, formalar "Macron” firması tərəfindən, "Sabah"ın təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar  qeyd olunan amillərin vəhdətidir.

 

Səfər oyunları üçün hazırlanmış forma isə "Sabah"ın futbol akademiyasının bünövrəsini təşkil edən "Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin