UEFA Bakıya 70 nəfərlik heyət göndərdi

Sportarena.az      19 Avqust 2018, 21:25

2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb. 

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, 70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. 

 

UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.

 

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin