"Qarabağ"ın sabiq futbolçusu "Partizani"yə keçir

Sportarena.az      19 Avqust 2019 , 22:35

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo karyerasını Albaniyanın "Partizani" klubunda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu Tirana klubunun rəsmiləriylə görüşüb və anlaşma əldə edib. Növbəti günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

 

Çumbinyo 2013/2015-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. Braziliyalı futblçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qolun müəllifi olub. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam klubundan “Atromitos”a, daha sonra "Levadiakos"a keçmişdi. O, sonuncu dəfə ölkəsinin "Yuventude" klubunda çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin