“Forza Neftçi” tribunadan çəkildi

11:40 20 Avqust 2019

"Forza Neftçi" azarkeş qrupu tribunadan çəkilmək qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı fan-klub yayıb.

 

"Forza Neftçi” olaraq bir müddət tribunadan çəkilmək qərarı aldıq. Buna səbəblər çoxdur, əsas səbəblər isə klubda öz işlərini layiqincə görə bilməyənlər, "Neftçi"nin üzərində rəhbər şəxslərin apardığı "oyunlar", istefa şüarını qəbul etməyib insanları tribunadan uzaqlaşdırmaq, qapıları bağlayıb fasilədə azarkeşləri tribunaya buraxmamaqdır. Bir şeyi yadda saxlayın ki, o kresloda heç kəs daimi deyil. "Neftçi" o loqoya görə həyatını qurban verənlərindir! Geri dönüşümüz hamımız üçün möhtəşəm olacaq!", - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran "Neftçi", Premyer Liqanın ilk turunda "Sabah"la heç-heçə edib.


Xəbər xətti