Azərbaycan yığması Ukrayna və İsraillə qarşılaşacaq

12:10 20 Avqust 2019

17 yaşadək futbolçulardan Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. 

 

Sportarena.az xəbər verir ki, millimiz Ukraynanın paytaxtı Kiyevdə Viktor Bannikov xatirəsinə həsr olunan yarışa qatılacaq.

 

Komandamız avqustun 24-dən 31-dək keçiriləcək turnirdə Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq. Yığmamız hazırlıq məqsədilə avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq.

 

 

26 avqust, saat 17:00

Azərbaycan – İsrail

 

27 avqust, saat: 17:00

Ukrayna – Azərbaycan

 

29 avqust, saat 17:00

Latviya – Azərbaycan

 

30 avqust, saat 15:00 və ya 17:00

A1-B1 / A2-B2 / A3-B3 / A4-B4


Digər xəbərlər

Xəbər xətti