Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

16:15 20 Avqust 2019

Xəbər verdiyimiz kimi, ötən gün baş tutan Premyer Liqanın I turunun "Neftçi" - "Sabah" oyununun (1:1) fasiləsində "Neftçi Mania" fan-klubunun üzvləri stadiondan çıxarılıb. "Neftçi" rəhbərliyinə etiraz edən və istefaya çağıran fan-klub yaydığı bəyanatda üzvlərinin polis əməkdaşları tərəfindən arenadan çıxarıldığını qeyd edib. "Forza Neftçi" fan-klubunun isə yaydığı bəyanatda ikinci hissədə qapıları bağlayaraq üzvlərinin stadiona daxil olmasının qarşısını alındığı bildirilib.

 

Bəs polis hansı səbəbdən bu addımı atıb? Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdik.

 

Sportarena.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Fanat.Az-a açıqlamasında azarkeşlərin polis tərəfindən stadiondan çıxarılmadığını bildiridi:

 

"Oyunun gedişi zamanı ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlər ən yüksək səviyyədə təmin olunub. Fasilədə matçın gedişinə etiraz edən bir qrup azarkeş arenanı tərk edib. Onların stadiondan çıxarılması və ya başqa yerə keçirilməsi ilə polisin heç bir əlaqəsi yoxdu. Yəni onlar etiraz əlaməti olaraq stadiondan çıxıblar. Polisin heç bir müdaxiləsi olmayıb".   


Digər xəbərlər

Xəbər xətti