Azərbaycan millisi PES-2020-də yer alacaq

21:00 21 Avqust 2019

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Konami Digital Entertainment Co., Ltd.  şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

 

Sportarena.az xəbər verir ki, müqaviləyə uyğun olaraq, eFootball PES 2020 konsol oyununda Azərbaycan millisinin əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması və s.) istifadə hüquqları verilib.

 

Azərbaycan yığması eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək.UEFA AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası UEFA eEURO 2020 çempionatında iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti