Mitroqlu PSV-yə keçdi

11:29 22 Avqust 2019

Türkiyənin “Qalatasaray” klubundan ayrılan Kostas Mitroqlu karyerasını Hollandiyanın PSV klubunda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, “sarı-qırmızılar” yunanıstanlı hücumçuya müqaviləni ləğv etdiyi üçün 1 milyon 950 min avro təzminat ödəyib. PSV isə İstanbul klubuna 1 milyon 250 min avro icarə haqqı verib.

 

Fransa “Marsel”inə məxsus olan 31 yaşlı forvard  2019-cu ilin əvvəlində 1,5 illik icarəyə götürmüşdü. Yunanıstan millisinin üzvü İstanbul təmsilçisində 9 oyuna 2 qol vurub, 1 assist edib.


Digər xəbərlər

Xəbər xətti