Futbol fanatları rusiyalı prodüseri döydü

17:04 22 Avqust 2019

Yunanıstanda futbol fanatları “Ruptly” agentliyinin rusiyalı prodüserini döyüb.

 

Sportarena.az xəbər verir ki, insident Çempionlar Liqasının pley-off mərhələsinin “Olimpiakos” – “Krasnodar” matçından əvvəl yaşanıb.Mənbənin məlumatına görə, prodüserə dörd nəfər hücum edib. Onlar onun haradan gəldiyini soruşub. Prodüserin cavabını gözləməyən fanatlar onun əlindən mikrofon və kameranı alıb. Rusiyalı müqavimət göstərib və dava başlayıb. Nəticədə prodüser burnunu sındırıb. Zərərçəkən polisə müraciət edib.

 

Onun sözlərinə görə, onun üzərinə “Olimpiakos”un fanatları hücum edib.


Digər xəbərlər

Xəbər xətti