“Qəbələ” futbolçusunu Küveyt klubuna satdı

Sportarena.az      23 Avqust 2018, 11:33

"Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi "Əl-Salmiyə” klubu ilə anlaşıb.Artıq tərəflər 1 illik rəsmi müqaviləyə imza atıblar. Mirzəyev yeni komandasında 18 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, "Əl-Salmiyə” bu yay Bakıda təlim-məşq toplanışında oldu, bir neçə klubumuzla yoxlama oyununda qüvvəsini sınadı. Sözügedən komandanın baş məşqçisi Kamalı da məhz "Qəbələ”yə qarşı keçirdikləri sınaq matçında görərək bəyənib. Küveyt klubunun bu transferə görə "Qəbələ”yə müəyyən məbləğdə təzminat ödədiyi iddia olunur.

 

Azərbaycanın U-21 millisində çıxış etmiş Mirzəyev "Qəbələ”nin yetirməsidi. O, AZAL, "Sumqayıt” və "Zirə”də də forma geyinib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin