Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı

Sportarena.az      23 Avqust 2018, 14:00

"Bu, mənim üçün gözlənilməz oldu. Baş leytenant rütbəsi mənə vaxtından əvvəl verildi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan güləş milli komandasının üzvü Hacı Əliyev deyib. 

 

O,Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən baş leytenant rütbəsini almasına münasibət bildirib və buna görə sevincini dilə gətirib: “Çay süfrəsi arxasında toplaşmışdıq. Elçin Quliyev bizə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı verilən medalları təqdim etdi. Həmçinin mənə baş leytenant rütbəsi verildiyini bildirdi. Çox sevindim. Görüşdə Rəsul Çunayev, Cəbrayıl Həsənov, İlqar Müşküyev və başqaları var idi. Hamıya medallar təqdim edildi. Lakin mənə rütbə də verildi”.

 

Hacı Əliyev baş leytanant rütbəsinin vəzifəsinə təsir etmədiyini bildirib: “Vəzifəmdə hər hansı dəyişiklik yoxdur. Yalnız rütbəm yüksəlib”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin