“Qarabağ” – “Linfild” matçının hakimləri açıqlandı

Sportarena.az      24 Avqust 2018, 10:18

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Linfild” matçının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Sergey İvanovdur. Ona bu işdə Roman Usaçov və Valeri Dançenko yardım edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.

 

Qeyd edək ki, cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Şimali İrlandiya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin