Rusiyada məşhur bodibilder məşqdən sonra öldü

09:21 24 Avqust 2019

Moskva əyalətinin bodibildinq federasiyasının vitse-prezidenti Dmitri Jiqulinin cansız bədəni məşq etdiyi fitnes-klubda tapılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Moskovski komsomolets” xəbər verib.Şahidlərin sözlərinə görə, məşq həmişəki qaydada keçib və saat 18:00 radələrində idmançı kabinetinə gedib. Saat 20:00 radələrində Jiqulinin kabinetinə yollanan xanım idmançılardan biri onu yerdə uzanılı, huşunu itirmiş vəziyyətdə görüb. Təcili yardımın operativ gəlişinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ölüm səbəbləri araşdırılır. 

 

Qeyd edək ki, Jiqulin Rusiyanın tanınan idmançılarından biri, eləcə də beynəxalq kateqoriyalı hakim idi. O, gənc bodibilderlərə individual məşq keçirdi.


Digər xəbərlər

Xəbər xətti