Gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək

Sportarena.az      24 Avqust 2018, 12:15

2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın paytaxtı Manaquada keçirilən iclasında qəbul olunub. Mundial 11-13 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq təşkil ediləcək.Çempionatdan öncə isə - 2-7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da eyni məkanda keçiriləcək.

 

Qeyd edək ki, artıq bir neçə ildir irimiqyaslı beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan Gimnastika Federasiyanı qarşıda digər əhəmiyyətli turnirlər də gözləyir. Bu il 16-22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. 2020-ci ildə aerobika, 2021-ci ildə isə batut gimnastikası üzrə dünya çempionatı Bakıda təşkil olunacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin