"Qəbələ"nin sabiq futbolçusu karyerasını bitirdi

11:22 26 Avqust 2019

"Qəbələ"nin keçmiş futbolçusu Aleksey Qay karyerasını bitirib.

 

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə "Instagram" hesabında məlumat verib. Ukrayna millisinin sabiq yarımmüdafiəçisi karyerası ərzində rəhbərliyi altında çalışdığı bütün məşqçilərə və dəstəkləmiş azarkeşlərə təşəkkür edib.

 

Qeyd edək ki, Aleksey Qay karyerası ərzində Donetsk "Şaxtyor"u, "İlliçevets", "Çernomorets", "Kuban" və Donetsk "Olimpik"ində çıxış edib. Yarımmüdafiəçi 2015/16 mövsümündə "Qəbələ"nin formasını geyinib.


Xəbər xətti