Çempionlar Liqasında püşkatma vaxtı açıqlandı

14:14 26 Avqust 2019

Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi avqustun 29-u, Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

 

Çempionlar Liqasının qrup mərhələsinə ötən mövsümün qalibi "Liverpul”, Avropa Liqasının qalibi "Çelsi” birbaşa vəsiqə qazanıb. Həmçinin pley-off mərhələsində qalib gələn 6 komanda qrupda oynamaq şansı qazanacaq. Ümumilikdə 8 qrup üzrə 26 komanda yarışacaq. Qrupda ilk 2 yeri tutan komandalar ÇL-də mübarizəni pley-off-da davam etdirəcək.

 

Əlavə olaraq yüksək reytinqi olan bu ölkələrin komandalar qrup mərhələsində birbaşa iştirak edəcək.

 

İspaniya: "Barselona”, "Real”, "Atletiko”, "Valensiya” 

İngiltərə: "Mançester Siti” "Liverpul” "Çelsi” "Tottenhem” 

İtaliya: "Yuventus”, "Napoli”, "İnter”, "Atalanta” 

Almaniya: "Bavariya”, "Borussiya” "Bayer”, "Leyptsiq”

Fransa: PSJ, "Lion”, "Lill” 

Rusiya: "Zenit”, "Lokomotiv”

Portuqaliya: "Benfika”

Ukrayna: "Şaxtyor” 

Belçika: "Genk” 

Türkiyə: "Qalatasaray” 

Avstriya: "Zalsburq”

 

Pley off cütlükləri

 

APOEL (Cənubi Kipr) - "Ayaks" (Hollandiya) 

İlk oyun - 0:0

 

ÇFR (Rumıniya) - Slaviya (Çexiya) 

İlk oyun - 0:1

 

LASK (Avstriya) - Brügge (Belçika) 

İlk oyun - 0:1

 

Dinamo (Xorvatiya) - Rusneborq (Norveç) 

İlk oyun - 2:0

 

Olimpiakos (Yunanıstan) - Krasnodar (Rusiya) 

İlk oyun - 4:0

 

Yanq Boyz (İsveçrə) - Srvena Zvezda (Serbiya) 

İlk oyun - 2:2

 

Qeyd edək ki, qrup mərhələsinin ilk matçları 17-18 sentyarda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti