FİFA-dan inqilabi ideya - Robot hakim

18:00 26 Avqust 2019

FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə robotlardan istifadə etmək barədə düşünür.

 

Sportarena.az xəbər verir ki, bu haqda Britaniyanın “Mirror” nəşri məlumat yayıb. “FİFA-nın departamenti artıq bununla bağlı müvafiq araşdışdırmalar aparır. Robotlar laysmanları əvəz edə bilərmi? Bunun gələcəkdə həyata keçməsi mümkündür” – deyə FİFA-ya yaxın mənbə bildirib.

 

Alim Yan Pirson isə deyib ki, 2030-cu ilə kimi Premyer Liqa, La Liqa və A seriyasında robot-hakimdən istifadə edilə bilər.

 

Qeyd edək ki, son illər futbolda müasir texnologiyaların tətbiqi genişlənməyə başlayır. İlk belə addım qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən kompüter funksiyası olub. 2018-ci ildən başlayaraq isə VAR sistemi tətbiq olunub. Bunun sayəsində hakimlər epizodlara təkrar baxa və bundan sonra qərar çıxara bilərlər.


Digər xəbərlər

Xəbər xətti