Vüqar Məmməd rüsvayçı məğlubiyyətdən danışdı - "Futbolçuların oyun praktikası yoxdur"

Sportarena.az      27 Avqust 2018, 10:50

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Ukraynada təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində bu gün İsrail yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, o, 0:6 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
 
“Futbolçuların oyun praktikası yoxdur. Bunun da əsas səbəbi çempionatın başlamamasıdır. Yoxlama oyunları olduğuna görə, oyun ərzində bütün futbolçulara oynamaq şansı verildi. Üstəlik, zədəli futbolçularımız da var. Eyni zamanda, İspaniyada toplanışda olan oyunçularımız bizimlə deyil.

 

Xatırladım ki, bundan öncə U-19-da çalışdığımız dönəmdə yoxlama oyunlarında ardıcıl 8 oyunda, bir qol belə vurmadan məğlub olmuşduq. Ancaq hazırlığımızı tədricən keyfiyyətə çevirərək yekunda elit-raunda vəsiqə qazana bilmişdik. İnaniram ki, yenə də əzmlə çalışaraq, uğura imza ata biləcəyik.

 

Bu gün həm fiziki, həm də taktiki baxımdan və reytinqə görə 2-ci qrupda yer alan güclü İsrail millisinə qarşı oynadıq. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin