Futzal millimiz Belarusa məğlub oldu

09:00 27 Avqust 2019

Futzal üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışına başlayıb.

 

Sportarena.az xəbər verir ki, yığma yoxlama görüşündə qüvvəsini sınayıb.Rəqib meydan sahibi Belarus olub. Minsk şəhərindəki MAPİD İdman Kompleksində keçirilən oyun millinin məğlubiyyəti ilə başa çatıb - 3:5. Komandanın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurub.

 

Avqustun 28-nə qədər Minskdə hazırlıq keçəcək milli həmin gün yerli komanda ilə ikinci dəfə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti