“Səbail”in futbolçusu Türkiyə ilə oyuna çağırıldı

11:08 27 Avqust 2019

"Səbail”in futbolçusu Yevgeni Koçuk Moldova millisindən dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi yığmanın "AVRO-2020"nin seçmə mərhələsinin İslandiya və Türkiyə ilə oyunlarına çağırılıb. Moldovalılar ilk oyuna sentyabrın 7-də, ikinci matça isə üç gün sonra çıxacaq.

 

Qeyd edək ki, Koçukun komandası İslandiya ilə səfərdə, Türkiyə ilə evdə oynayacaq.


Xəbər xətti