Çempionlar Liqası: Pley-off mərhələsinin cavab oyunları başlayır

11:36 27 Avqust 2019

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları start götürəcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq. "Krasnodar” Rusiyada Yunanıstanın "Olimpiakos” klubu qəbul edəcək. İsveçrə "Yanq Boyz”u Serbiyada "Srvena Zvezda” ilə qarşılaşacaq. "Rusenborq” isə Norveçdə Xorvatiyanın "Dinamo” kollektivi ilə üz-üzə gələcək.

 

 

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunları

 

27 avqust

23.00 Krasnodar (Rusiya) - Olimpiakos (Yunanıstan)

İlk oyun - 0:4.

 

23.00 Srvena Zvezda (Serbiya) - Yanq Boyz (İvseçrə)

İlk oyun - 2:2.

 

23.00 Rusenborq (Norveç) - Dinamo (Zaqreb, Xorvatiya)

İlk oyun - 0:2.


Digər xəbərlər

Xəbər xətti