“Formada deyiləm və klub axtarışındayam” – “Qarabağ”ın sabiq müdafiəçisi

13:33 27 Avqust 2019

“Qarabağ”ın sabiq müdafiəçisi Donald Gerye ölkəsinin millisinə dəvət almamasına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Gerye indi formada olmadığını etiraf edib: “Hesab edirəm ki, məşqçinin seçimi məntiqlidir. Çünki neçə vaxtdır klub axtarışında olduğumdan hazır deyiləm. İnanıram ki, Tanrının köməkliyi ilə daha güclü formada komandama qayıdacağam. Onlara uğurlar”.

 

Qeyd edək ki, Gerye KONKAKAF Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kuraçao ilə keçiriləcək oyunlar üçün yığmaya dəvət almayıb. O, bir müddətdir oynamadığı və hazırda klubsuz olduğuna görə baş məşqçi Mark Kollat onun xidmətindən yararlanmamaq qərarı verib.

 

Xatırladaq ki, “Qarabağ” haitili futbolçu ilə yolları bu yay ayırıb. (qol.az)


Xəbər xətti