“Barselona” rəsmiləri Neymar üçün Parisə yollandı

15:42 27 Avqust 2019

“Barselona” PSJ-nin hücumçusu Neymarın transferində geri qaytarmaqda israrlıdır.

 

Sportarena.az xəbər verir ki, artıq ispan klubunun təmsilçiləri Parisə yollanıblar.İdman direktoru Erik Abidalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün qarşı tərəflə masa arxasında əyləşəcək. Kataloniya təmsilçisi müəyyən məbləğdə pul və 1-2 futbolçusunu PSJ-yə təklif edəcək. Həmin oyunçular arasında intizamsızlığından əl çəkməyən Usman Dembelenin olması da istisna edilmir.

 

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.


Digər xəbərlər

Xəbər xətti